Seks qalmaqalında adı hallanan direktor: "Kim nə deyir desin!"

12 Yanvar, 2017 11:49 | Sosial | Baxış sayı: 151
Seks qalmaqalı yaranan məktəbin direktorundan açıqlama
Seks qalmaqalı yaranan məktəbin direktorundan açıqlama

Təhsil Nazirliyi Şəmkirin Seyfəli kəndinə xüsusi komissiya göndərib

Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbində seks videosuna görə yaranan qalmaqalın iştirakçılarından biri, məktəbin direktoru Akif Namazov İstipress-ə açıqlama verib. O bildirib ki, hazırda məktəbə Təhsil Nazirliyinin əməkdaşlarından ibarət komissiya gəlib və elə bu saatlarda araşdırma aparılır. 

"Haqqımda yayılanlar böhtandı, yalandı, geci-tezi hamısı aşkar olunacaq. Kim nə deyir desin". 

Yanvarın 12-də KİV-də Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva direktor Akif Namazovun müəllimlərdən külli miqdarda rüşvət aldığı, şantaj yolu ilə onu işdən çıxardığı barədə xəbər yayılıb. Direktor isə öz növbəsinədə laborant Xatirə Əliyevanı rüşvət vermədiyi üçün deyil, həmin ştatda yer olmadığı həmçinin məktəbə məxsus kompüterdə Xatirə Əliyevanın seks videoları olduğu üçün işdən azad etdiyini bildirmişdi.