Pandemiya ilə bağlı ciddi həyəcan təbili

11 Dekabr, 2020 17:02 | Sosial | Baxış sayı: 480

Quba İH başçısı Ziyəddin Əliyev yenə pandemiya ilə bağlı ciddi həyəcan təbili çalıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, yerlərdəki  ərazi icra nümayəndələri və bələdiyyə sədrləri ilə yenidən onlayn görüşən Quba İH başçısı Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixdən xüsusi karantin rejiminin daha da sərtləşdiriləcəyi ilə bağlı son qərarını geniş şərh edib.

Ziyəddin Əliyev onlayn müşavirədə Qubada ciddi-qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq hələ də koronavirusa yoluxmanın azalmadığını deyib. O, bütün icra nümayəndələrindən pandemiyaya qarşı mübarizə tədbirlərini gücləndirməyin vacibliyini söyləyib və vacib tapşırıqlarını verib.

Qeyd edib ki, koronavirusla yoluxma daha pik həddə çatmamaq üçün bütün sərt  zəruri tədbirlər görülməkdədir və görülməsi davam etdirilməlidir. Quba İH başçısı görülən işlərə ciddi nəzarət ediləcəyini də vurğulayıb.