Ər-arvad dəm qazından boğulub öldülər

11 Dekabr, 2020 12:18 | Sosial | Baxış sayı: 113
Dəm qazından boğulma
Dəm qazından boğulma

Xaçmazda dəm qazı can alıb.

İstiPress-in şimal burosunun məlumatına görə, rayonun Qobuqırağı kəndində ər-arvad gecə dəm qazından boğulub ölüblər.

Kənd sakini, 64 yaşlı Balaverdi Qərib oğlu Vəlibəyovun və onun arvadı, 66 yaşlı Nəsibə Xanlar qızı Vəlibəyovanın yaşadıqları evdə qazdan zəhərlənib ölmələri barədə yerli polisə məlumat daxil olub.

Hadisə yerində Xaçmaz polis şöbəsinin və prokurorluğunun əməkfaşları işləyib. Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.