ABŞ-da da türk peyvəndindən istifadəyə başladı

11 Dekabr, 2020 10:37 | Sosial | Baxış sayı: 51
Koronavirusa qarşı peyvənd
Koronavirusa qarşı peyvənd

ABŞ yeni növ koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin Qida və Dərman İdarəsi (FDA) mütəxəssislər heyəti məlumat yayıb.

Bildirilib ki, Amerika yerli “Pfizer” və türk alim Uğur Şahinlə xanımı Özlem Türecinin  ixtira etdiyi vaksininin satışı ilə məşğul olan “BioNTech”lə müqavilə imzalayıb.

Peyvəndlərin vurulması bu gündən başlayır. Dekabrın sonunadək  ilkin mərhələdə 6, 4 milyon doza vaksin dağıdılacaq, 3 milyon vətəndaşa tətbiq ediləcək.

Daha öncə Uğur Şahinlə xanımı Özlem Türecinin  ixtira etdiyi vaksin Britaniyada istifadə edilməyə başlayıb.

Qeyd edək ki, dünyada 70 milyon 720 min 814 nəfər koronavirusa yoluxub, 1 milyon 588 min 444 nəfər vəfat edib.

Yoluxma (16 milyon 39 min 393 nəfər) və ölüm (299 min 692 nəfər) sayına görə ABŞ liderlik edir.