Xəsarət alan azyaşlı Bakıya aparıldı

11 Dekabr, 2019 18:31 | Sosial | Baxış sayı: 165
Təcili yardım - Rusiya
Təcili yardım - Rusiya

Hadisənin valideyn ehtiystsızlığından baş verdiyi deyilir

Xaçmaz şəhər sakini, üç yaşlı Toğrul Ramil oğlu Pərdiyevin əli ətçəkən maşında qalıb və ailə üzvləri uşağı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıb.

IstiPress-in şimal bürosunun məlumatına görə, xəstəxanada FHN-nin xilasedicilərinin köməyilə əli ətçəkən maşından çıxarılıb.

Xəstəxanadan büroya verilən məlumata görə, uşağın sol əli və saidi travmatik hissəvi amputasiya edilib. Azyaşlının vəziyyəti ağır olduğundan o həkim müşayiətilə Bakıdakı xəstəxanaların birinə göndərilib. Hadisənin valideyn ehtiyatsızlığından baş verdiyi deyilir.