Bakının bu hissəsi susuz qalacaq

11 Dekabr, 2019 11:32 | Sosial | Baxış sayı: 99
Su kranı
Su kranı

Magistral su xəttində yenidənqurma aparılır

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq. “Azərsu” ASC-dən verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.