Dünyanın ən çox içən ölkələri

11 Noyabr, 2019 11:45 | Sosial | Baxış sayı: 220
Şərab
Şərab

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı açıqlama yayıb

Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yeri tutub.

İstiPress RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının noyabrda dərc edilən sağlamlıq nəşrində yer alıb.

Qeyd olunub ki, Litvada bir nəfər orta hesabla il ərzində 12,3 litr spirtli içki qəbul edir.

Litvadan sonra Avstriya (11,8 litr) və Fransa (11,7) gəlir. İlk beşlikdə Çexiya (11,6 litr) və Lüksemburq da (11,3 litr) var. Altıncı yerdə qərarlaşan dövlətlərin sakinləri orta hesabla il ərzində 11,2 litr spirtli içki qəbul edir. Bunlar Latviya və İrlandiyadır.

Macarıstan Rusiya ilə birlikdə, 11,1 litr göstərici ilə yeddinci yerdə qərarlaşıb. Almaniya (10.8 litr), Portuqaliya (10.7 litr) və Polşa (10.6 litr) vətəndaşları ilk onluğun sonuncu üç yerini tutublar.

Vətəndaşlarının ən az içki qəbul etdiyi dövlətlər isə İndoneziya (0.3 litr), Türkiyə (1.4 litr), İsrail (2.6 litr), Hindistan (3.0 litr) və Kosta Rikadır (3.8 litr).