Sabah yağış yağmayacaq, amma...

11 Noyabr, 2017 12:10 | Sosial | Baxış sayı: 166
Bakıda duman
Bakıda duman

İstirahət günün hava proqnozu açıqlandı

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.