Bakının mərkəzi küçəsi bağlanır

11 Oktyabr, 2019 12:03 | Sosial | Baxış sayı: 62
Xəritə
Xəritə

Məhdudiyyət 3-4 gün davam edəcək

Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".