Bakı-Tbilisi-Qarsla sərnişin daşımaq niyə gecikir? - Biz tam hazırıq, amma...

11 Oktyabr, 2019 15:35 | Sosial | Baxış sayı: 74
Cavid Qurbanov -"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri
Cavid Qurbanov -"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri

Cavid Qurbanov gələcək planlardan danışdı

“Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır". Bunu QSC-nin gələcək hədəflərini açıqlayan Cavid Qurbanov deyib.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasının gecikməsi məsələsinə də aydınlıq gətirib: “Əslində, biz tam hazırıq. Amma bizdən asılı olmayan bəzi səbəblər var, məsələn, gürcülər və türklərin bu qatarları aparmağa özlərinin lokomotivləri yoxdur, onlarda tormoz sistemləri yoxdur. Bu istiqamətdə danışıqlar bu gün də davam etdirilir. Biz də çalışırıq ki, onlara kömək edək