Azərbaycanda bu heyvanların ovlanmasına icazə verilib SİYAHI

11 Oktyabr, 2018 10:33 | Sosial | Baxış sayı: 76
Ovçu
Ovçu

Siyahıda heyvanların adı, ov müddəti və ov yerləri qeyd edilib

Ölkə ərazisində 2018-2019-cu illərin ov mövsümündə ovlanmasına icazə verilən heyvanların adları açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, siyahıda çöl donuzu (qaban), dovşan, cüllüt, qaz, ördək və qaşqaldağın adı var. İstiPress nazirliyin siyahısını təqdim edir:

Çöl donuzu (qaban)

Ovlanma müddəti : 15 sentyabr-22  dekabr  2018-ci il

Ov yerləri: Lənkəran,   Astara,  Lerik,  Qax,  Cəlilabad,  Zaqatala, İmişli,  Qusar,  Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Dovşan

Ovlanma müddəti: 17 noyabr  2018-ci il-12 yanvar 2019-cu il

Ov yerləri: Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının  müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında

Cüllüt

Ovlanma müddəti: 15 sentyabr-24 noyabr  2018-ci il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Qaz

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Ördək

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01 mart  2019-cu il

Ov yerləri:  yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində

Qaşqaldaq

Ovlanma müddəti: 13 oktyabr 2018-ci il-01mart  2019-cu il

Ov yerləri: yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və xüsusi  müəyyən olunmuş ov sahələrində