Maşınlar ucuzlaşdı: şəhər avtomobil qəbiristanlığına döndü

11 Oktyabr, 2017 14:57 | Sosial | Baxış sayı: 521
rəvanda tıxac
rəvanda tıxac

İrəvana gətirilən maşınların sayı çoxalır, qiymət isə aşağı düşür

Bu il Ermənistana idxal olunan avtomobillərin sayı iki dəfə artıb.

İstiPress Sputnik Armenia-ya istinadən xəbər verir ki, əgər 2016-cı ilin 8 ayında ölkəyə 10673 maşın gətirilibsə, bu il bu say 21266-ya çatıb.

Rəsmi məlumata görə, Dövlət Gəlirləri Komitəsi idxal olunan avtomobillərin dəyərinin 45 milyona çatdığını açıqlayıb. 21 min avtomobildən 18 mininin qiyməti 5 min dollara kimidir.

Avtomobilləri müdafiəçilər cəmiyyətinin sədri Tiqran Ohanesyan deyib ki, köhnə avtomobillərin sayının artması həm nəqliyyatın hərəkəti üçün çətinlik yaradır, həm ətraf mühitə ziyan vurur.

"İnsanlar o qədər yoxsullaşıb ki, maşın almağa pulları çatmır. Bu səbəbdən avtomobil bazarında durğunluq hökm sürür" - Ohanesyan deyib.