Dünya şöhrətli azərbaycanlı alim Ukraynada anıldı - FOTO

11 Oktyabr, 2017 16:27 | Sosial | Baxış sayı: 105
Lütfi Zadə
Lütfi Zadə

Alimin müasir elmə verdiyi sanballı töhfədən söz açılıb

Bakı Slavyan Universitetinin Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində (ÇMTU) fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr olunmuş tədbir keçirilib.

İstiPress xəbər verir ki, ÇMTU-nun uçot- iqtisad fakültəsinin iqrisadiyyatda informasiya sistemləri kafedrası ilə birgə keçirilən bu tədbirdə mərkəzin direktoru, fakültə dekanı professor Marina Yurçenko, İİS kafedrasının müdiri professor Andrey Akimenko çəxış edərək, Lütfi Zadənin müasir elmə verdiyi sanballı töhfədən söz açıb. ​​İİS kafedrasının dosenti Natalia Şaxovnina Azərbaycan –Ukrayna mənşəli görkəmli alim Lütfü Zadənin fundamental nəzəriyyəsinin müasir idarəetmə və kibernetika sahəsində əvəzsiz rolundan, diskret və rəqəmsal sistemlərin yaradılması üçün yeni texnologiyaların əsasını təşkil edən müddəalardan bəhs edən geniş təqdimat-məruzə ilə çıxış edib.

Tədbirdə universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Məlumat üçün bildiririk ki, Ukraynanın Çerniqov Milli Texnoloji Universitetin Elmi Şurasının qərarı ilə bu yaxınlarda Bakı Slavyan Universitetinin rektoru professor Nurlana xanım Əliyeva həmin Çerniqov universitetinin “Fəxri Professoru” diplomuna layiq görülüb. Bu barədə məlumatı Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov verib.