Bu gün 3 rayon qazsız qalacaq

11 Sentyabr, 2019 10:30 | Sosial | Baxış sayı: 126
Təbii qaz
Təbii qaz

Kəmərdə qaz sızması aşkar edilib

Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.