Bakıda uşaq bağçasında yanğın baş verib

11 Sentyabr, 2018 19:28 | Sosial | Baxış sayı: 55
FHN-nin yanğınsöndürənləri hadisə yerində
FHN-nin yanğınsöndürənləri hadisə yerində

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Sabunçu rayonunda yanğın olub.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 430 kv.m olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın bir otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız əşyalar 35 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.