Test imtahanı ləğv edilir? - Nazirdən AÇIQLAMA

11 Sentyabr, 2017 13:45 | Sosial | Baxış sayı: 1035
Mikayıl Cabbarov
Mikayıl Cabbarov

"Bu, nazirlik ilə DİM-in birgə layihəsidir"

"Azərbaycanda 2 ildən sonra qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə layihəsidir".

İstiPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmun proqramının (kurikulum) tətbiqi ilə bağlıdır: "Eyni zamanda, layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdən ibarətdir. Bu istiqamətdə işlər daim həyata keçirilir".

M.Cabbarov bildirib ki, sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib: "Müvafiq olaraq ictimaiyyət bu prosesin mərhələlərindən və təklif olunan formata dair məlumatlı olacaq".