Bu gündən hava soyuyur - PROQNOZ

11 Sentyabr, 2017 09:30 | Sosial | Baxış sayı: 419
Yağışlı hava
Yağışlı hava

Yağış yağacaq, dolu düşəcək

Bu gündən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu barədə xəbərdarlıq edib. 

Departamentdən İstiPress-ə verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında temperatur gündüz 27-31° isti olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.