Bakıda bu yol 2 gün bağlı olacaq

11 Sentyabr, 2017 19:52 | Sosial | Baxış sayı: 122
Yol
Yol

Avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq

Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. 

Bu barədə "Azəravtoyol" ASC-dən İstiPress-ə daxil olan məlumatda bildirilib. 

"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər", - deyə məlumatda qeyd edilib.