Azərbaycanın internet məkanında yenilik

11 Sentyabr, 2017 15:16 | Sosial | Baxış sayı: 207
Sorğu
Sorğu

Sorğu Mərkəzi biznes uçün də yararlı ola bilər

Bu gündən Azərbaycanın internet məkanında yeni layihəyə start verilir. Bu ölkə üçün yenilik olan internet resursudur.

www.sorgu.az ünvanında yerləşən “Milli Sorğu Mərkəzi” ictimai fikrin öyrənilməsi yolu ilə siyasi, sosial və marketinq araşdırmaları aparacaq. Araşdırmalar Mərkəzin internet saytında yerləşdirilcək və illik, yarımillik, dövri hesabatlar ictimaiyyətə təqdim olunacaq.

Mərkəzin qarşısına qoyduğu əsas məqsəd sorğular vasitəsi ilə cəmiyyəti narahat edən sualların və problemlərin cavablarının tapılmasına kömək göstərməkdir.

Bundan əlavə “Milli Sorğu Mərkəzi” istifadəçilərin istəklərinə uyğun olaraq internet səhifəsində petisiyalar da yerləşdirəcək. Qəbul edilən petisiyalar ünvanlanan şəxsə və ya qurumlara çatdırılaraq toplumun istəyinin rellaşmasına vasitəçilik edəcək.

“Milli Sorğu Mərkəzi” Kütləvi İnformasiya Vasitələrini və QHT-ləri də əməkdaşlığa dəvət edir. Belə ki, mərkəz KİV-lərin və QHT-lərin istəklərinə uyğun olaraq, onların həyata keçirdiyi araşdırmalar üçün lazımi sorğular keçirməyə hazırdır.

Sorğu Mərkəzi biznes uçün də yararlı ola bilər. Marketinq araşdırmaları istiqamətində sifarişçinin arzu və istəklərinə uyğun olaraq istənilən sahədə sorğular keçirərək, nəticələr əsasında xüsusi konsepsiyalar hazırlamaq da mümkündür.