Azərbaycanda universitet rektoru dəyişdi

11 Sentyabr, 2017 20:11 | Sosial | Baxış sayı: 342
İlham Mədətov
İlham Mədətov

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev sentyabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

İstiPress xəbər verir ki, sərəncama əsasən, İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, İ.Mədətov bu vəzifəyə təyin olunanadək Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləyib.