Türkiyə koronavirus vaksinini Azərbaycanla bölüşəcək

11 Avqust, 2020 10:56 | Sosial | Baxış sayı: 50
Korona virus əleyhinə vaksin
Korona virus əleyhinə vaksin

Azərbaycanın Türkiyədən koronavirus peyvəndi almağa ümid etməsi yetərincə realdır.

İstiPress-in məlumatına görə, məsələ ilə bağlı Türkiyənin ölkəmizdəki səfirliyindən "Sputnik"ə verilən açıqlamada qeyd olunub ki, Türkiyə bütün imkanları ilə hər zaman Azərbaycanın yanındadır:

"Təbii ki, peyvəndi Azərbaycana da verərik. Biz hər zaman Türkiyənin bütün imkanlarının Azərbaycanın da olduğunu söyləyirik. Yetər ki, peyvənd tapılsın və yetəri qədər istehsal olunsun".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB)  isə vaksin hazır olacağı təqdirdə onun Türkiyədən idxalı məsələsinə baxıla biləcəyi bildirilib: "Vaksinlə bağlı təsdiqlənmiş bir yenilik yoxdur. Təsdiqlənmiş vaksin olduğu halda məsələyə baxıla bilər".