Rusiyadan daha 250 nəfər soydaşımız gətirildi

11 Avqust, 2020 16:59 | Sosial | Baxış sayı: 62
Samur sərhəd keçid məntəqəsi
Samur sərhəd keçid məntəqəsi

İki dövlət arasında qarşılıqlı razılaşmaya əsasən bu gün də Rusiyadan ölkəmizə 250 nəfər Azərbaycan vətəndaşı gətirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur keçid məntəqəsində sərhədçilər tərəfindən ilk qarşılanan soydaşlarımız FHN-nin burada fəaliyyət göstərən qəbul-çeşidləmə məntəqəsinə yerləşdiriliblər.

TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Mübariz Zeynalovun rəhbərliyilə tibbi personal ölkəyə daxil olan Azərbaycan vətəndaşlarından koronavirus infeksiyasına qarşı test götürüb.Azərbaycan vətəndaşları buradakı çadırlarda karantinə yerləşdirilib.

Bu vətəndaşlar arasında digər ağır, təcili müalicəyə ehtiyacı olan insanlar müəyyənləşdirilir, onlar Xaçmaz rayon mərkəzi xəstəxanasının sərhəddə gözləyən təciıi yardım avtomobillərilə tibb müəssisəsinə çatdırılacaq. Məlumatı TƏBİB-in Xaçmaz üzrə baş direktoru Səyyaf Tağıyev verib.