Rusiya qeydiyyatdan keçən ilk koronavirus peyvəndi haqda məlumatları açıqladı

11 Avqust, 2020 13:48 | Sosial | Baxış sayı: 44
Vaksin
Vaksin

Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib. O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, – deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.