Koronavirusa qarşı ilk peyvənd Putinin qızına vuruldu

11 Avqust, 2020 15:40 | Sosial | Baxış sayı: 64
Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin dünyada koronavirusa qarşı ilk peyvəndin onun ölkəsi tərəfindən  rəsmi olaraq qeydiyyatdan keçirildiyini açıqlayıb.

İstiPress-in məlumatına görə,  Putin peyvəndin “kifayət qədər effektiv olduğunu, dayanıqlı immunitet formalaşdırdığını və bütün zəruri yoxlamalardan keçdiyini” bildirib.

Putin peyvəndin qeydiyyata alınması ilə bağlı keçirdiyi müşavirədə deyib ki, onun qızlarından biri peyvəndi özündə sınaqdan keçirib. “Mənim qızlarımdan biri özündə bu peyvəndi sınaqdan keçirdi. Bu mənada o, eksperimentdə iştirak etdi. İlk peyvənddən sonra temperaturu 38-ə qalxdı, ertəsi gün 37-ni azca keçdi, vəssalam”,- Rusiya prezidenti bildirib