Dəfn edildikdən iki gün sonra evə qayıdı - ŞOK HADİSIƏ

11 Avqust, 2020 18:05 | Sosial | Baxış sayı: 288
Dəfn
Dəfn

Hindistanın Kampur şəhərinin sakini dəfn məarasimindən iki gün sonra evinə qayıdıb.

İstiPress-in məlumatına görə, bu barədə "Times Now News" şəhər polisinə istinadən xəbər verir. 

Hadisə avqustun əvvəlində baş verib. Əhməd Hassan adlı şəhər sakinin arvadı ilə savaşıb və evdən gedib. Narahat qohumları itkin düşmüş şəxslə bağlı hüquq-mühafizə orqanlarına ərizə göndəriblər. Avqustun 5-də polis Hassanın təsvirinə oxşar bir cəsəd tapıb. Arvadı və qardaşları cəsədi tanıyıblar. Dəfn  mərasimi eyni gündə keçirilib.

Ancaq iki gün sonra kişi evinə qayıdıb. Qapı bağlı olub, qorxmuş qonşular polis çağırıblar və Hassan məntəqəyə aparılıb.

"Mərhum" izah edib ki, həyat yoldaşı ilə mübahisədən sonra əlavə pul qazanmaq qərarına gəlib və zavodda işə düzəlib. Maaşını alandan sonra evə gedib, ancaq heç kimi tapmayıb. Dəfni barədə məlumatı o, polisdən öyrənib. 

Hassanın həyat yoldaşı ərini sağ görməkdən məmnun olduğunu etiraf edib. O bildirib ki, meyitin şəxsiyyətini müəyyənləşdirməkdə bir az tərəddüd edib, ancaq ərinin qardaşları onu inandırıblar.

Polis indi dəfn edilmiş şəxsin kimliyini müəyyənləşdirməli olacaq.