Darvaza FHN-in yanğınsöndürəninin üzərinə aşdı - VİDEO

11 Avqust, 2019 13:51 | Sosial | Baxış sayı: 92

Mebel sexi yanan zaman

Sumqayıt şəhəri  18-ci mikrorayonda dünən mebel sexi yanan zaman sexin darvazası FHN-in yanğınsöndürəninin üzərinə aşıb.

İstiPress-in məlumatına görə, FHN əməkdaşının durumu ilə bağlı açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva onun vəziyyətinin normal olduğunu bildirib.

Mehdiyevanın sözlərinə görə, yanğınsöndürəninin həyatı üçün təhlükə yoxdur. Xəstəxanaya yerləşdirilən şəxsin yüngül zədələri olduğu bildirilir.