Azərbaycanda zəlzələ oldu - 4,3 bal

11 Avqust, 2019 10:45 | Sosial | Baxış sayı: 160
Zaqatalada zəlzələ nəticəsində dağılan divar - ARXİV, 2018-ci il
Zaqatalada zəlzələ nəticəsində dağılan divar - ARXİV, 2018-ci il

Yerli vaxtla saat 07:29-da qeydə alınıb

Avqustun 11-də Zaqatala stansiyasindan 16 kilometr cənub-qərbdə - Zaqatala ərazisində 4.3 maqnituda gücündə növbəti zəlzələ baş verib.

İstiPress-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:29-da qeydə alınıb.

Ocağı 6 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.