Sumqayıta gedən qatarların cədvəli dəyişdi

11 Avqust, 2017 11:30 | Sosial | Baxış sayı: 40
İkimərtəbəli qatar
İkimərtəbəli qatar

Təmir işləri başa çatıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. "Azərbaycan Dəmir Yolları"dan İstiPress-ə verilən məlumata görə, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri başa çatıb.

Bununla əlaqədar olaraq 13.08.2017-ci ildən 22.08.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.