Lütfi Zadə sağdır

11 Avqust, 2017 16:46 | Sosial | Baxış sayı: 349
Lütfəli Rəhim oğlu Əsgərzadə
Lütfəli Rəhim oğlu Əsgərzadə

"Bu sarı mətbuatın işidir"

Son günlər mətbuatda azərbaycanlı alim, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadənin vəfat etməsi barədə xəbərlər dolaşır. İstiPress xəbər verir ki, professorla 40 il bir yerdə çalışmış Rafiq Əliyev yayılan bütün xəbərləri təkzib edib. 

"Bu sarı mətbuatın işidir. Lütfi Zadə ilə 24 saat bundan qabaq növbəti konfransımız haqqında danışdıq. O sağ-salamat evindədir. Dekabr ayında növbəti kitabımız çapdan çıxacaq" - deyə R.Əliyev bildirib.