Dünyanın ən yaşlı kişisi 113 yaşında vəfat edib

11 Avqust, 2017 19:46 | Sosial | Baxış sayı: 121
Ən yaşlı kişi
Ən yaşlı kişi

Sentyabrın 15-də 114 yaşına qədəm qoyacaqdı

Dünyanın ən yaşlı kişisi İsrael Kristal 113 yaşında İsraildə vəfat edib.

İstiPress xəbər verir ki, Polşada anadan olan İsrael Kristal 1950-ci ildə İsrailə köçüb. O, İkinci Dünya Müharibəsi zamanı holokostun dəhşətlərini yaşayıb, iki uşağı və həyat yoldaşı qətlə yetirilib.

Yaşasaydı, sentyabrın 15-də 114 yaşına qədəm qoyacaqdı.