Azərbaycanda ağac kəsən kişini peşman etdilər

11 Avqust, 2017 10:15 | Sosial | Baxış sayı: 96
Kəsilən ağaclar
Kəsilən ağaclar

O, 8 ağaca görə 2450 manat cərimələnib

Azərbayacanda ağac kəsən kişi pulunu itirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Reyd Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabadda olub. 

Keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.
Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib. 

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.