Azərbaycan-Gürcüstan maşın yolu təmir edilir

11 Avqust, 2017 18:30 | Sosial | Baxış sayı: 85
Yol
Yol

Prezident sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, bu məqsədlə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.