Abituriyentlərin nəzərinə: Bu gün nəticələr açıqlanır

11 Avqust, 2017 15:36 | Sosial | Baxış sayı: 218
İmtahan (arxiv)
İmtahan (arxiv)

Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib. DİM-dən İstiPress-ə verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.