Rusiyanın bu şəhərindən Bakıya yeni reys açılır - CƏDVƏL

11 İyul, 2019 15:41 | Sosial | Baxış sayı: 194
Təyyarə (arxiv)
Təyyarə (arxiv)

Uçuşlar həftədə iki dəfə olacaq

Rusiyanın "Nordavia” şirkəti iyulun 25-dən Sankt-Peterburqdan Bakıya birbaşa reyslər keçirməyə başlayacaq.

İstiPress-in məlumatına görə, uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

 "Nordavia” ilə yanaşı Bakı-Sankt-Peterburq-Bakı marşrutu ilə "Buta Airways” loukosteri uçuşlar keçirir.