Bu gün iki nəfər göldə boğulub

11 İyul, 2018 19:29 | Sosial | Baxış sayı: 90
suda boğulma
suda boğulma

Qazax və Hacıqabulda göldə boğulma hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Qazaxın Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılov göldə çimərkən boğulub.

Onun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hacıqabulun Birinci Udullu kəndi ərazisindəki süni göldə batdığı ehtimal olunan şəxsin axtarışları isə davam edir.