Bakının bu hissəsi də tıxac dərdindən xilas olur

11 İyul, 2018 13:05 | Sosial | Baxış sayı: 50
Piyada keçidinin tikintisi
Piyada keçidinin tikintisi

Sabunçu-Zabrat yolunda iş başlayıb

Bakının daha bir hissəsi tıxac problemindən xilas olacaq. Bakı Nəqliyyat Agentliyindən İstiPress-ə verilən məlumata görə, sözhbət Sabunçu-Zabrat yolundan gedir. 

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.