Azərbaycanda yeni meşə yanğını

11 İyul, 2018 15:23 | Sosial | Baxış sayı: 54
Meşə yanğını
Meşə yanğını

Şəmkir rayonunda meşədə yanğın başlayıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.