İki yaşlı körpəni it dişlədi

11 İyun, 2019 19:59 | Sosial | Baxış sayı: 43
Quduz it
Quduz it

Xəstəxanaya çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub

Kürdəmir rayonunda iki yaşlı körpəni it dişləyib. 

İstiPress-in məlumatına görə, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2017-ci il təvəllüdlü Paşa Şirvan oğlu Mustafayevi it dişləyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.