Bakıda ucuz ev almaq istəyənlər bunu etməlidir SİYAHI

11 İyun, 2019 09:31 | Sosial | Baxış sayı: 155
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET

Agent banklara müraciət bu gündən başlayır

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyənlərə müraciət edib.  Elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün bu gündən etibarən agent banklara müraciət edə bilərlər. Həmin şəxslər ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər.

Agent bankların siyahısı ilə buradan tanış ola bilərsiniz: 

Xatırladaq ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı 12 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək. 

Gözləmə qaydasında mənzillərin seçimi 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcək.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Satışa ümumilikdə 253 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.