Bakıda ev yandı - 1 yaşlı körpə öldü

11 İyun, 2019 15:27 | Sosial | Baxış sayı: 70
Yanğınsöndürənlər
Yanğınsöndürənlər

Yanğın zamanı daha bir nəfər xəsarət alıb

Paytaxtda ölümlə nəticələnən yanğın faktı qeydə alınıb.

İstiPress  FHN-ə istinadən bildirir ki, Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Məlumata görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub. Yanğın zamanı daha bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.