Xalq şairinin oğlu dəfn olundu - FOTO

11 İyun, 2018 16:01 | Sosial | Baxış sayı: 327
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni

O, adaşı Mikayıl Müşfiqin xatirəsini çox yüksək tuturmuş

Xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlu ilə vida mərasimi mərhumun ata ocağında - Bakının Yasamal rayonundakı N.Nərimanov prospekti-11, mənzil 5-də baş tutub. 

İstiPress-in şimal bürosunun məlumatına görə, vida mərasimində Yazıçılar Birliyinin nümayəndələri - Fikrət Qoca, Rəşad Məcid, Vüqar Əhməd, sənət dostları, ziyalılar, yaxınları, Yasamal icra hakimiyyətinin başçısı Əziz Əzizov və bütün müavinləri, Cabir Novruz Fondunun prezidenti Cavanşir Qurbanov və ümumiyyətlə, Cabir Novruz irsini sevənlər qatılmışdı.

Çıxışlarda onun gözəl dost, istedadlı yazar və ən əsası Cabir Novruz, Mikayıl Müşfiq poeziyasının əsas təbliğatçılarından olduğu vurğulanıb.

Mərhumun əmisi qızı Günay Novruz İstiPress-ə məlumat verdi ki, o, atası Cabir Novruz Mədəniyyət Fondunun təsisçisi idi, onun poeziyasının təbliğinin yorulmaz tədqiqatçısı idi. Yaxınlsrından aldığımız məlumata görə, o, adaşı Mikayıl Müşfiqin xatirəsini çox yüksək tuturdu. Prezident fərmanı ilə Mikayıl Müşfiqin 110 illiyinin keçirilməsində çox fəal iştirak etmişdi. Xızı rayon İH rəhbərliyinin iyunun 5-də Xızıdakı Heydər Əliyev Mərkəzində keçirilən yubiley mərasiminə qatılmaması ona çox pis təsir etmişdi.

Mərhum Xırdalan qəbristanlığında qardaşları Mirzə və Vüqarın yanında dəfn olunub.

Müşfiq Cabiroğlu Xızıda Mikayıl Müşfiqin dəfni zamanı
Müşfiq Cabiroğlu Xızıda Mikayıl Müşfiqin dəfni zamanı
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni
Müşfiq Cabiroğlunun dəfni