Müəllimlərlə bağlı xüsusi qaydalar hazırlanacaq

11 İyun, 2018 12:20 | Sosial | Baxış sayı: 185
Müəllim
Müəllim

Qaydalar sertifikasiya ilə bağlı olacaq

"Qanunvericiliyə dəyişiklik edildikdən sonra müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq". Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklərin ediləcəyini xatırladıb. O deyib ki, Təhsil Nazirliyi tərəfindən qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb və Milli Məclisə təqdim edilib.