Hər vəsiqəsi olan sürücülük edə bilməyəcək

11 İyun, 2018 15:01 | Sosial | Baxış sayı: 203
Qadın sürücü
Qadın sürücü

Bakı Nəqliyyat Agentliyi Xüsusi Sürücü Bazası yaradacaq. 

İstiPress-in məlumatına görə, bunu agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində 1 356 nəfər xüsusi təlim keçib.  Təlimi uğurla başa vuranların adları BNA-nın yaradacağı Xüsusi Sürücü Bazasına daxil ediləcək: "Daşıyıcılardan verilən məlumata görə, hazırda 3060 sürücü sərnişinlərə xidmət göstərir. Onların hər biri xüsusi təlimlərdən keçəcək. Təlimlərdən keçmiş sürücülərin məlumatları əsasında həmin baza formalaşdırılacaq".

M.Ağayev qeyd edib ki, daşıyıcı şirkətlərin əməkdaşı olmayan D kateqoriyalı sürücülər də təlimlərdə iştirak edə bilərlər.

"Hazırda nəqliyyatdakı problemlərdən biri peşəkar sürücü çatışmazlığıdır", - deyə o, qeyd edib.