Bakıda tərbiyəçinin azyaşlıları döydüyü uşaq bağçası bağlandı - VİDEO - YENİLƏNİB

11 İyun, 2018 19:23 | Sosial | Baxış sayı: 566
Füruzə Tağıyeva bağçada uşağı döyərkən
Füruzə Tağıyeva bağçada uşağı döyərkən

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb

Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub.

İstiPress-in məlumatına görə, RİH nümayəndələri uşaq bağçasında baş  vermiş zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.

“Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb. Onun sözlərinə görə, bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi işdən uzaqlaşdırılıb.

Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan N.Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.

O əlavə edib ki, görüntüləri bağçanın qəbul şöbəsində çalışmış xanım yayıb. 

15:38

Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb. 

İstiPress "azxeber.com"a istinadən xəbər verir ki, görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Məlum olub ki, hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 

Sayt özəl bağçanın adını açıqlamayıb və müvafiq icra hakimiyyəti orqanından lisenziyasının olmadığını qeyd edib.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Jurnalistlər müəllimənin uşağı Bakıdakı “Kids Studio Uşaq Mərkəzi” adlı özəl uşaq bağçasında döydüyünü müəyyən ediblər. Bağçanın müdirəsi Nigar Museyibova Firuzə Tağıyeva adlı müəllimənin həqiqətən uşağı döydüyünü təsdiq edib. Nigar Museyibova bildirib ki, uşaqları döyən müəllimə işdən çıxarılacaq.