Azərbaycanda infeksiya yayıldı: 119 uşaq xəstəxanaya yerləşdirildi

11 İyun, 2017 03:35 | Sosial | Baxış sayı: 206

"Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir"

Sumqayıtda uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir. İstiPress-in məlumatına görə, bunu report.az-a Respublika Gigiena Və Epidemologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib. 

O qeyd edib ki, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub:

"Onlar dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə bağırsaq virus infeksiyası qoyulub. Hazırda 14 uşağa bu dioqnoz qoyulub. Son 3 gün ərzində Saray, Masazır, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Saray, Masazır, Coratda infeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşalarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürür. Labarator müayinələr aparılacaq. Son məlumatlar ictimayətə açıqlanacaq".