Rusiya koronavirusa yoluxanların sayına görə Britaniyanı ötdü

11 May, 2020 16:53 | Sosial | Baxış sayı: 50
Koronavirus Moskvada
Koronavirus Moskvada

Son 24 saat ərzində 94 nəfər ölüb

Rusiyada son sutkada 11 min 656 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 221 min 344-ə yüksəlib.

İstiPress-in məlumatına görə, yoluxma halları 85 bölgədə qeydə alınıb.

Qeyd olunur ki, son 24 saat ərzində 94 nəfər ölüb. Xəstəlikdən vəfat edənlərin ümumi sayı 2009 nəfərdir. İndiyə kimi 39 min 801 nəfər (5495 son sutkada) sağalıb.

Yeri gəlmişkən, Rusiya bu göstəricilərdən sonra koronavirusa yoluxma hallarının sayına görə Böyük Britaniyanı geridə qoyub. Belə ki, Krallıqda indiyədək 219 183 nəfərə COVID-19 diaqnozu qoyulub.