Qubada çay hərəkətdə olan iki maşını aparıb

11 May, 2020 14:43 | Sosial | Baxış sayı: 171

Sərnişinlər bir təhər xilas olublar

Qubada dağ çayı Vəlvələçayda müşahidə edilən güclü sel 2 nəqliyyat vasitəsini aparıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Vəlvələçayın rayonun Dərk və Yerfi kəndlərindən keçən hissəsində "Niva" və "UAz" markalı avtomobillərlə çayı keçərək evlərinə gedən sakinlər qəfildən çaya güclü sel gəldiyini müşahidə ediblər.

Sel nəticəsində oradakı sakinlər xilas olunsa da avtomaşınları su aparıb. Əraziyə çağrılan traktor vasitəsilə "Niva"və "Uaz" çaydan çıxarılıb. Quba FHK sədri Allahverdi Xudaverdiyev hadisə zamanı xoşbəxtlikdən insan tələfatı olmadığını deyib.