Azərbaycanlı həkim İstanbulda koronavirusdan vəfat etdi

11 May, 2020 13:39 | Sosial | Baxış sayı: 138
Tahir Bababəyli
Tahir Bababəyli

Övladları daha öncə koronavirusa qalib gəlmiş şəxslərə plazma üçün müraciət etmişdilər

Türkiyədə yaşayan azərbaycanlı həkim Tahir Bababəyli dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, T.Bababəyli İstanbulda koronavirusdan müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə Türkiyədə yaşayan həmyerlilərimiz sosial şəbəkədə yazıb.

Qeyd edək ki, T.Bababəyli ötən ay koronavirus diaqnozu ilə İstanbulda xəstəxanaya yerləşdirilib. Həkimin övladları bir müddət əvvəl atalarının sağalması üçün koronavirusa qalib gəlmiş şəxslərə qan vermələri üçün müraciət etmişdilər.