Azərbaycanda koronavirusla bağlı son vəziyyət

11 May, 2020 10:10 | Sosial | Baxış sayı: 178
Koronavirus müayinəsi
Koronavirus müayinəsi

1 650-si sağalıb, 32-si ölüb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

IstiPress-' daxil olmuş məlumata görə, mayın 10-da ölkədə koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 193 411 test aparılıb.

Xatırladaq ki, mayın 10-da Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 30 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 2 519 yoluxma aşkarlanıb. Onlardan 1 650-si sağalıb, 32-si ölüb. 

Hazırda aktiv xəstə sayı 837-dir.

Həmin şəxslərdən 33-nün vəziyyəti ağır, 40-nın vəziyyəti isə orta ağırdır. Digərlərinin səhhəti stabildir.