Tətil günləri belə əvəz ediləcək? CƏDVƏL

11 Mart, 2020 08:32 | Sosial | Baxış sayı: 558
Yeni məktəb
Yeni məktəb

Nazirlik sosial şəbəkələrdə yayılan cədvələ aydınlıq gətirdi

Ötən gün ölkə ərazisində koronavirus təhlükəsi və profilaktik tədbirlər məqsədilə martın 27-dək buraxılan dərs günlərinin əvəz edilməsi ilə bağlı yeni informasiya yayılıb. Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan məlumatla bağlı açıqlama verib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov rəsmi “Facebook” səhifəsində məlumatların yalan olduğunu qeyd edib:

"Son saatlarda yayılan cədvəllər sadəcə, özfəaliyyət növü hesab oluna bilər və heç bir həqiqi əsası yoxdur, deməli, doğru deyil. Ən mötəbər məlumatı Təhsil Nazirliyinin resurslarından alın".

Xatırladaq ki, yayılan cədvəldə buraxılan dərs günlərinin aprel və may aylarında şənbə günləri ilə əvəz ediləcəyi, eləcə də ibtidai siniflər üçün mayın 1-də 5-dək nəzərdə tutulan yaz tətilinin ləğv ediləcəyi qeyd edilmişdi.